Home » SOCAR prezidenti Dünya Bankının regional direktoru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

SOCAR prezidenti Dünya Bankının regional direktoru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

SOCAR-ın prezidenti Rövşən Nəcəf Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormier ilə görüş keçirib.

Görüşdə SOCAR ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Tərəflər birgə icra olunan layihələrin, xüsusilə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, SOCAR Dünya Bankının “2030-cu ilədək məşəldə rutin yandırılmaların sıfra endirilməsi” təşəbbüsünün fəal iştirakçılarındandır.

Görüş zamanı SOCAR-ın qlobal genişlənmə strategiyası çərçivəsində həyata keçirdiyi layihələr, dekarbonizasiya hədəfləri və müəssisələrin rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib.

Tərəflər həmçinin əməkdaşlığın gələcək perspektivlərini müzakirə edərək ədalətli enerji keçidi, iqtisadi cəhətdən səmərəli enerji resursları, yaşıl enerji dəhlizləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.