Home » SOCAR və Samsung E&A Co., Ltd. arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR və Samsung E&A Co., Ltd. arasında Anlaşma Memorandumu imzalanıb

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilə Cənubi Koreyanın Samsung E&A Co., Ltd. şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Bunu Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə enerji sahəsində tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Onun sözlərinə görə, imzalanan sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma istiqamətində əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.

M. Cabbarov əlavə edib ki, sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.