Home » SOCAR və LUKoil prezidentləri görüşmüşlər

SOCAR və LUKoil prezidentləri görüşmüşlər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Noyabrın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və LUKoil prezidenti Vahid Ələkbərov arasında görüş keçirilmişdir.Görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak etmişlər. Görüşdə LUKoil şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılmış, Azərbaycanda həyata keçirilən layihələrdə LUKoil-un iştirakı yüksək qiymətləndirilmiş, “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılmışdır.

V.Ələkbərov LUKoil şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmiş, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılmışdır.

LUKoil şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, LUKoil Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.