Home » Son beş ildə françayzinq fəaliyyətinə başlayan ən böyük şirkətlər hansılardır?

Son beş ildə françayzinq fəaliyyətinə başlayan ən böyük şirkətlər hansılardır?

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Françayzinq tendensiyası çox uzun müddətdir ki, biznes mühitinin ayrılmaz bir parçasıdır. Davamlı olaraq, beynəlxalq şirkətlər françayzinq fəaliyyətlərinə start verirlər. Amerikan biznes jurnalı “Entrepreneur” tərəfindən hazırlanan “Top New Franchises” hesabatında son beş ildə françayzinq fəaliyyətinə başlayan və sürətlə inkişaf edən françayzinq şirkətləri qeyd olunub.

Hesabata istinadən, dünyanın son beş ildə fəaliyyət göstərən ən prestijli françayzinqi amerikan kafe və restoranlar şəbəkəsi olan “Walk-On’s Sports Bistreaux” seçilib. 2015-ci ildə françayzinq fəaliyyətinə başlayan şirkət hal-hazırda 35 restorana sahibdir. Bu restoranların hamısı ABŞ ərazisində fəaliyyət göstərir. Cari dövrdə “Walk-On’s Sports Bistreaux” restoranı açmaq üçün 1.21-4 milyon dollar arası sərmayə tələb olunur.

Çilingərlik fəaliyyəti üzrə biznesini davam etdirən “The Flying Locksmiths” şirkəti siyahıda ikinci yerdə qərarlaşıb. 3 ildir ki françayzinq xidmətləri təklif edən şirkət hazırda 85 françayziyə sahibdir. “The Flying Locksmiths” çilingər dükanı açmaq üçün minimum 181 min 500, maksimum 426 min 400 dollar həcmində ilkin investisiya, eləcə də 100 min dollar nağd vəsait gərəklidir.

Siyahıda ilk üçlüyü fitness zalları şəbəkəsi olan “Burn Boot Camp” şirkəti tamamlayır. 2015-ci ildə yaranan şirkət hazırda 250-dən çox fitness zalına sahibdir. Şirkətin françayzinq lisenziyasına sahib olmaq üçün 150 – 353 min dollar arası investisiya və 150 min dollar həcmində nağd maliyyə vəsaiti tələb edilir.

Məlumat üçün qeyd edək ki, hesabat françayzinq xidmətləri təklif edən şirkətlərin təyin etdiyi qiymətlər və rüsumlar, şirkətin həcmi, inkişaf tempi, xidmətlərindən istifadə edən sahibkarlara qarşı dəstəyi, brendinin gücü və maliyyə stabilliyi əsasında tərtib edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.