Home » Son bir həftədə 571 şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

Son bir həftədə 571 şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

by bbnadm
0 comments 0 views 0 minutes read

Onların bir hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.

Özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.

Son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 571 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub.

Onların bir hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.

Proqram iştirakçıları onlara verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.