Home » Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan 40 min şəxs münasib işlərlə təmin edilib, 16,1 min şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
 
Agentlik tərəfindən ötən il həmçinin 4,6 min işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.
 
Qeyd olunan dövrdə 70 minə yaxın şəxsə peşəyönümü xidmətlər göstərilib. Həmçinin əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 2,1 min şəxsə iş yerlərinə  göndəriş verilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.