Home » Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 1,9 milyon vətəndaş qəbul edilib

Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 1,9 milyon vətəndaş qəbul edilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Yazılı və e-qaydada, Çağrı mərkəzi və sosial şəbəkələr üzərindən edilmiş 2 milyon 381 min vətəndaş müraciəti cavablandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən ötən il 1 milyon 921 min vətəndaşın qəbulu həyata keçirilib.

Onlardan 125 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 milyon 796 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.

Eyni zamanda, 2023-cü ildə 2 milyon 381 min (yazılı və e-qaydada edilmiş 474 min, sosial şəbəkələr üzərindən 107 min, Çağrı mərkəzi vasitəsilə 1,8 milyon) vətəndaş müraciəti cavablandırılıb.

Hər bir vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.