Home » “Sosial bağlar” layihəsi çərçivəsində iştirakçılara dəstək məqsədilə hansı tədbirlər görülür?

“Sosial bağlar” layihəsi çərçivəsində iştirakçılara dəstək məqsədilə hansı tədbirlər görülür?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsinə cəlb olunan iştirakçılara dəstək məqsədilə bir sıra dəstək tədbirləri həyata keçirilir.

İlk olaraq iştirakçıların və onlar üçün yaradılacaq bağçılıq təsərrüfatının növünün seçimi aparılır, iştirakçılar üçün biznesə başlama və biznesin idarə edilməsinə dair təlimlər keçirilir.

Növbəti mərhələdə torpaq sahələri əkin üçün hazır vəziyyətə gətirilir, ərazi köhnə ağaclardan, kollardan, daşlardan təmizlənir və tinglər əkilir. Ərazi hasara alınır, elektrik xətləri çəkilir və damla suvarma sistemi quraşdırılır.  

Həmçinin bağlarda mütəmadi monitoriqlər keçirilərək mövcud vəziyyət qiymətləndirilir. İştirakçılar gübrə və dərman vasitələri ilə təmin edilir, onlara lazımı aqrotexniki və digər məsləhət xidmətləri göstərilir. Qurumuş və inkişafdan qalmış tinglər yeniləri ilə əvəz edilir, iştirakçıların avadanlıqlara olan əlavə ehtiyacları da təmin olunur.

Qeyd edək ki, 2018-ci ildən reallaşdırılan layihə çərçivəsində 375 ailə üçün bağ salınıb. Cari ildə 16 rayon üzrə 250 aztəminatlı ailə üçün intensiz meyvə bağlarının yaradılması da nəzərdə tutulur. Hazırda layihəyə müraciətlərin həmin rayonlar üzrə Ərazi Məşğulluq Mərkəzləri tərəfindən qeydiyyatı davam edir. Son müraciət tarixi sentyabrın 1-dir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.