Home » “Sosial Dəstək, Sağlam Gələcək” layihəsinə start verilib

“Sosial Dəstək, Sağlam Gələcək” layihəsinə start verilib

by Aytac
0 comment 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Referans” Klinik və Laboratoriya Mərkəzi ilə birgə “Sosial Dəstək, Sağlam Gələcək” layihəsinə start verib. 
Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Vətən müharibəsi zamanı yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladları tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
İlk olaraq Sumqayıt şəhərində qeydiyyatda olan və yaşayan Vətən müharibəsi zamanı yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının tibbi müayinəsi aparılıb. 5-16 yaş aralığında olan uşaqlara yeni tədris ilinə hazırlıq məqsədilə tibbi müayinə və ehtiyac duyulan laborator xidmətlər göstərilib.
“Referans” Sumqayıt Tibb Mərkəzində uşaqlarda qanın ümumi analizi, USM (Ultrasəs müayinəsi), EKQ (elektrokardioqramma – ürək müayinəsi), pediatrik müayinə, endokrinoloq və uşaq nevroloqu müayinələri aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.