2022-ci ildə muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,6 milyard manat olmaqla əvvəlki illə müqayisədə 19,2% və ya 737,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2021-ci illə müqayisədə 19,2% artaraq 2,9 milyard manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 19% artıb və 160,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,5% artaraq 116,5 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2021-ci illə müqayisədə 38,1% artıb və 822,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 47,4% artaraq 563,9 milyon manat təşkil edib.