Home » Sosial Xidmətlər Agentliyi tərəfindən 2100 şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Sosial Xidmətlər Agentliyi tərəfindən 2100 şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

by khayale
0 rəy 0 baxış 0 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin 8 ayında 2100 şəxs xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Onlardan 300 nəfəri şəhid ailələrinin üzvləridir.

Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, “Möcüzəvi Naftalan” Sağlamlıq Mərkəzi, “Şahdağ Quba Truskavets” Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.

Ümumilikdə postmüharibə dövründə 10 656 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onların 1000-dən çoxu şəhid ailələrinin üzvləridir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.