Home » Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır

Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət müəssisələrinin fəaliyyətinin keyfiyyət tələblərinə uyğunluğuna vahid nəzarət mexanizmi yaradılır.

Məqsəd bu mexanizm əsasında həmin müəssisələrin fəaliyyətinin monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsidir. Müvafiq sahədə kadrların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin vaxtaşırı qiymətləndirilməsi, karyera inkişafı zamanı bu monitorinq qiymətləndirmənin nəticələri əsas götürüləcək.

Eyni zamanda, sosial xidmət müəssisələrinin yüksək ixtisaslı peşəkar kadrlarla komplektləşdirilməsi əsas hədəflərdən biridir. Bu məqsədlə sosial xidmətlər üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla meyarların hazırlanması da nəzərdə tutulub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.