Home » “S&P”: Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları gələn il 12 milyard dolları ötəcək

“S&P”: Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları gələn il 12 milyard dolları ötəcək

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu ilin sonuna 2023-cü ilin faktiki göstəricisi ilə müqayisədə 3,3% artaraq 11,993 milyard ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

BBN.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

Hesabata əsasən AMB-nin valyuta ehtiyatları 2025-2027-ci illərdə ardıcıl 3 il 12,147 milyard ABŞ dolları (2023-cü illə müqayisədə 4,6% çox) səviyyəsində gözlənilir.

“S&P” 2024-cü ildə Azərbaycanın likvid aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbətini 69,9% təşkil edəcəyini gözləyir ki, bu da, 2023-cü ilin faktiki göstəricisi ilə eynidir. Bu göstərici 2025-ci ildə 71,1% (1,2 faiz bəndi çox), 2026-cı ildə 69,6% (0,3 faiz bəndi az) və 2027-ci ildə 67,8% (2,1% bəndi az) təşkil edələcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, bu il iyunun 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 713,7 milyon ABŞ dolları təşkil edib ki, bu da, mayın 1-i ilə müqayisədə 0,5% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9%, son 1 ildə isə 27,7% artıb.

Report

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.