Home » Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib

Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib

by yunus
0 comments 25 views 1 minutes read

S&P Global Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru ilə bağlı növbəti hesabatını açıqlayıb.

BBN.az xəbər verir ki, agentliyin Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BICRA) hesabatına əsasən, Azərbaycanın bank sektoru üzrə sahəvi risk komponentinin reytinqi 8-ci səviyyədən 7-ci səviyyəyə yüksəldilib.

S&P-nin açıqlamasında bildirilir ki, bu müsbət dəyişiklik əsasən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi ilə əlaqədardır.

Hesabatda xüsusi vurğulanır ki, bu təşəbbüslər Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə reallaşdırılıb və ölkənin tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq təcrübəyə yaxınlaşdırmaq məqsədi daşıyır. S&P həmçinin qeyd edib ki, Mərkəzi Bankın son üç ildə həyata keçirdiyi tənzimləyici təşəbbüslərin əhatə dairəsi xeyli genişlənib ki, bu da bank sektorunun şəffaflığını və investor etimadını artırır.

Agentliyin qiymətləndirməsinə görə, reytinqin yüksəlməsi Azərbaycan bank sektorunun risk idarəçiliyi səviyyəsinin yaxşılaşmasını və maliyyə sisteminin dayanıqlığının artdığını göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.