Home » S&P Global Ratings: 2026-cı ildə Azərbaycanda kreditləşmə 10-12 % artacaq

S&P Global Ratings: 2026-cı ildə Azərbaycanda kreditləşmə 10-12 % artacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

S&P Global Ratings 2026-cı ildə Azərbaycanda kreditləşmə tempinin 10-12 % səviyyəsində olacağını proqnozlaşdırır.

Bu göstərici 2025-ci ilin səviyyəsinə yaxın olmaqla yanaşı, son dörd ildə qeydə alınmış orta 18 %-lik artım tempindən daha aşağıdır.

Agentliyin qiymətləndirməsinə əsasən, neft və qaz hasilatında müşahidə olunan yavaşlama fonunda iqtisadi artım tempinin azalacağı gözlənilsə də, bank sistemi üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq üçüncü mərhələ kreditlərin (problemli kreditlər) payı 4,5-5 % intervalında sabit qalacaq.

“S&P Global Ratings” hesab edir ki, Azərbaycan bank sektoru region ölkələri ilə müqayisədə daha aşağı özəl sektor borclanma səviyyəsi ilə seçilir. Belə ki, özəl sektorun borc yükü ÜDM-in təxminən 26 %-i həcmində qiymətləndirilir. Bu göstərici Gürcüstan, ErmənistanÖzbəkistan ilə müqayisədə daha aşağıdır.

Bununla yanaşı, valyuta kreditlərinin payı da region üzrə ən aşağı səviyyədə qalır və 2025-ci ilin sonuna bu göstəricinin təxminən 16 % təşkil edəcəyi bildirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.