Home » S&P Global Ratings Azərbaycanın bank sektorunun risk reytinqini yaxşılaşdırdı

S&P Global Ratings Azərbaycanın bank sektorunun risk reytinqini yaxşılaşdırdı

by Zeyneb
0 comments 1 views 1 minutes read

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Azərbaycanın bank sektorunun sahəvi risk komponenti üzrə reytinqini illik Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BİCRA) çərçivəsində 8-ci səviyyədən 7-ci səviyyəyə endirib, iqtisadi risk komponenti üzrə proqnozu isə “stabil”dən “pozitiv”ə dəyişib.

Agentliyin qiymətləndirməsinə görə, son üç il ərzində Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə institutlarının tənzimlənməsi və nəzarətin modernizasiyası istiqamətində həyata keçirilən təşəbbüslər bank sektorunda kredit riskinin azalmasına töhfə verib.

“S&P” Mərkəzi Bankın təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində korporativ idarəetmə standartlarının yenilənməsini, likvidlik riskinin idarə edilməsi üzrə qaydaların Bazel III standartlarına uyğunlaşdırılmasını, kontr-tsiklik kapital buferinin tətbiqini və istehlak kreditləri üzrə risklərin idarə olunmasını xüsusilə qeyd edib.

Agentlik həmçinin 2026-cı ildə risk əsaslı nəzarət modelinə keçid, aktivlərin təsnifləşdirilməsi, IFRS 9-un tətbiqi, kapital adekvatlığının Bazel III ilə uyğunlaşdırılması və stres-test tələblərinin təkmilləşdirilməsi kimi təşəbbüslərin bank nəzarətinin güclənməsinə xidmət edəcəyini vurğulayıb.

“S&P” 2026-cı ildə bank aktivlərinin keyfiyyətinin sabit qalacağını və kredit portfelinin illik 10–12% arası artacağını proqnozlaşdırır. Həmçinin, Azərbaycan banklarının region ölkələri arasında kreditlərin dollarlaşma səviyyəsinə görə ən aşağı göstəriciyə malik olduğu bildirilib.

Qeyd edək ki, bir sıra beynəlxalq reytinq agentlikləri Mərkəzi Bankın institusional və tənzimləyici islahatlarını yüksək qiymətləndirir, bu isə ölkə reytinqinin yüksəlməsinə mühüm töhfə verir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.