2
Rəqəmsal musiqi platforması Spotify işçilərinin təxminən 17 faizini işdən çıxarmağa hazırlaşdığını bildirib.
BBN.az xəbər verir ki, Spotify-ın CEO-su Daniel Ek, şirkətin internet saytında yayımlanan bir yazıda işçilərinin təxminən 17 faizi ilə yollarını ayıracaqlarını açıqlayıb.
Açıqlamada ixtisar olunacaq işçilərə 5 aylıq işdən çıxma pulu veriləcəyi bildirilib. Bloomberg-in tərtib etdiyi məlumatlara görə Spotify-ın 31 dekabr 2022-ci il tarixinə 8.359 işçisi var idi.