Home » “Starbucks” Böyük Britaniyadakı biznes satışlarını araşdırır – Yeni hesabat

“Starbucks” Böyük Britaniyadakı biznes satışlarını araşdırır – Yeni hesabat

by bbnadm
0 comment 0 views 2 minutes read

“Starbucks” özünün Böyük Britaniyadakı biznesinin potensial satışına başlayır, buna isə rəqabətcil mühit və müştəri davranışlarının dəyişilməsi səbəbdir. 

BBN.az xəbər verir ki, dünyanın ən böyük qəhvə restoranları şəbəkəsini dünyada pandemiyadan yaranan tənzimlənmələr vurub.

“Starbucks”dan isə deyiblər ki, “bu, İngitərədəki biznesin rəsmi satış prosesi deyildi”. 

“Times” nəşrinin məlumatına, əsasən şirkət yenə də özünün sahib olduğu beynəlxalq əməliyyatlarda stratejik variantları davam etdirəcək. 

Nəşr yazır ki, şirkət məsələ ilə məşğul olmaq üçün məsləhətçi Houlihan Lokeyi işə götürüb, ona biznes üçün mümkün həlləri araşdırmaq tapşırılıb. Nyu-York-da yaşayan Lokey isə müzakirə olunan məsələni nəşrə şərh etmək istəməyib.

“Starbucks” Böyük Britaniya bazarında 1998-ci ildən bəri mövcuddur, 1000-ə yaxın satış nöqtəsi var, onların 70% isə françayzdir və onlar bura şirkət tərəfindən sahib olurlar. 

Digər tez-bazar qida və içki sənayesi kimi bu şəbəkə də Covid-19-dan dolayı dövlətlərin həyata keçirdiyi yeni qaydalardan dolayı zəifləyib. Qiymətlər yüksəlib və sahibkar bir çox müştərilərin dəyişən işləmə tərzinə uyğunlaşmalı olublar, məsələn, çoxları işlərini oflayndan, hibriddə, evdə işləməyə dəyişib. 

Şirkət, həmçinin, rəqabətcil mühitə görə də çətinlik ilə üzləşib, indi Böyük Britaniya bazarında bu cür rəqiblər var, Costa, Pret A Manger, Tim Hortons.

Şirkət bu bazarda uzun illərdir ki, var və çalışır ki, yeni satış nöqtələrinin açılmasına, işçilərə, yeni formata, dijital satış kanallarına investisiya etsin. Keçən il şirkət 5 mərkəzini bağladı, əvəzində isə 14 yenisini açdı və daha çox sürücülərin keçdiyi yerləri hədəfə aldı. 

Bu həmçinin o deməkdir ki, şirkət bəzi yerlərdə biznesini satmaqla, əsas şəhərlərə və sürücülərin keçdiyi istiqamətlərə fokuslanacaq. 

Mayda, şirkət 15 ildən sonra Rusiyanın Ukraynanı işğal etməsinə görə, birincini tərk etmişdi. Bildirək ki, “Starbucks” 2007-ci ildə Rusiya bazarına daxil olub, 130 satış nöqtəsini inkişaf etdirib, lizenziya ilə sahib olunub, idarə edilirdi. 

Qeyd edək ki, ABŞ bazarında da oxşar situasiya yaşanır, amma şirkət bəzi şəhərlərdə satış nöqtələrini bağlayır, buna səbəb isə ölkədə yayılmaqda olan silahlı atışmaların çoxalmasıdır, “Starbucks” müştərilərini qorumaq istədiyini deyib. 

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.