Home » “Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb

“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İyunun 21-də “Startap” şəhadətnaməsi ilə bağlı müraciətlərə baxılması məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sahibkarlıq subyektlərindən daxil olmuş aqrar sahə üzrə “ağıllı cihaz”, bank-maliyyə, elektron ticarət və logistika sahələri üzrə innovativ həllərə dair müraciətlərə baxılıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Bu isə startapa gəlirini startap layihələrinin inkişafına yönəltməyə və böyüməyə imkan verir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışı asanlaşdırır. 

Məlumat üçün bildirək ki, “Startap” şəhadətnaməsi almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə daxil olmuş müraciətlər əsasında ayda bir dəfə müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlərdən ibarət Ekspertlər Şurasının iclası keçirilir. KOBİA həmçinin, “Startap” şəhadətnaməsinin alınmasına dair prosedurlar, o cümlədən müvafiq sənədlərin hazırlanması üçün sahibkarlara ödənişsiz məsləhət xidməti göstərir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.