Home » “Startup School 2” ilə bağlı növbəti tədbir Milli Aviasiya Akademiyasında keçirilib

“Startup School 2” ilə bağlı növbəti tədbir Milli Aviasiya Akademiyasında keçirilib

by khayale
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School 2 – AI for Green Solidarity” layihəsinin növbəti tanıtımını Milli Aviasiya Akademiyasında (MAA) keçirib. Tədbir Akademiyanın Tədris-metodiki şöbəsi, İnformasiya Texnologiyaları Mərkəzi və Kompüter sistemləri və proqramlaşdırma kafedrasının təşkilatçılığı ilə baş tutub.

Təqdimat zamanı “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva portalın fəaliyyəti haqqında tələbələrə məlumat verib, “Startup School 2” layihəsinin əhəmiyyətindən, əməkdaşlıq etdiyi nüfuzlı qurumlardan və bu layihənin gənc startapçılara təqdim etdiyi fürsətlərdən danışıb.

Portalın layihə meneceri Nəzrin Əkbərova isə tələbələrə ilkin müraciət forması, layihənin təsviri, qoyulan meyarlar və seçim qaydaları haqqında ətraflı məlumat verib, eyni zamanda auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində gənclər arasında innovasiya və startap ekosisteminə həsr olunmuş viktorina keçirilib. Sual-cavabda ən fəal iştirak etmiş tələbələrə İİTKM-in ABŞ-ın Nevada Universiteti və Bakı Mühəndislik Universiteti ilə birgə hazırladığı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub.

Tələbələrlə görüşdən öncə “Enterprise Azerbaijan” portalının əməkdaşları Akademiyanın “Mülki Aviasiya Muzeyi”ndə Azərbaycanda aviasiya və kosmonavtikanın tarixi ilə tanış olublar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.