Home » “Startup School”da ilk mərhələnin qalibləri açıqlanıb

“Startup School”da ilk mərhələnin qalibləri açıqlanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi”nin birgə layihəsi olan “StartUp School”da ilk seçim mərhələsinin nəticələri açıqlanıb. 

Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva bildirib ki, müsabiqədə iştirak üçün ümumilikdə 200 layihə müraciət edib. İlk mərhələnin sonunda seçilən 31 layihə arasında Türkiyə (bu ölkədən 7 layihə qalib olub) və İrlandiyadan olan layihələr var.

Portal rəhbəri əlavə edib ki, ilk mərhələdən keçə bilməyən layihələrlə də əməkdaşlıq davam etdiriləcək. Həmin startapların öz layihələrini https://enterpriseazerbaijan.gov.az/ saytında qeydiyyatdan keçirmək, Azərbaycanda startap ekosisteminə daxil olmaq üçün mümkün dəstək göstəriləcək.

“StartUp School”da ilk seçim mərhələsini qazanan layihələrlə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://startupschool.az/en

 “StartUp School”-un rəsmi açılışı aprel ayının 3-də baş tutacaq.

Qeyd edək ki, “StartUp School”u təqdim  edən enterpriseazerbaijan.gov.az Portalı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr Fərmanı ilə yaradılıb. Portalın operatorluğunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.