Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb - BBN

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC tərəfindən yeni məhsul istehsalına başlanılıb. Belə ki, zavodda ilk dəfə olaraq qəlbli keramik plitələrin (sürüşməyən keramoqranit) istehsalına başlanılıb. Hazırda yeni məhsulun 3 ölçüdə (60×60 sm, 60×120 sm, 30×60 sm) istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar əsasən evlərin çöl sahələrində istifadə edilir.

Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC 2023-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. İndiyədək müəssisədə 60 milyon manatdan çox məhsul satışı həyata keçirilib, bunun da 1,85 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac edilib.

Related posts

Tramp İrana qarşı yeni sanksiyalar elan etdi – neft bahalaşır

Tramp İrana qarşı “dağıdıcı iqtisadi əməliyyat” həyata keçirdiyini bəyan etdi

SOCAR-ın borc öhdəlikləri 3 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı