Home » Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

by anar
0 rəy 1 baxış 0 dəqiqə oxuma

Sumqayıt Kimya Sənaye Parkının qeydiyyata alınmış yeni rezidenti tərəfindən Sənaye Parkına 20 milyon manat investisiya yatırılacaq.

“Bakı Karton və Qutu Fabriki” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb.

Şirkət tərəfindən Sənaye Parkının ərazisində inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradılacaq. Eyni zamanda müəssisədə sement və gips kisələrin istehsalı və kağızın emalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Fabrikdə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.