Home » Sumqayıt KOB İnkişaf Mərkəzində fərdi məsləhət xidmətləri göstərilir

Sumqayıt KOB İnkişaf Mərkəzində fərdi məsləhət xidmətləri göstərilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər və ailə biznesini qurmaq istəyənlər üçün fərdi məsləhət xidmətləri təşkil olunub. Məsləhət xidmətləri çərçivəsində potensial sahibkarlara KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumat verilib, yeni biznesə başlamaq istəyən şəxslərin sahibkarlıq fəaliyyəti üçün zəruri olan təlim və məsləhət xidmətləri ilə bağlı ehtiyacları müəyyənləşdirililib, onları maraqlandıran suallar cavablandırılıb. KOB İnkişaf Mərkəzinə müraciət edən şəxslərin biznes ideyalarının fərqli sahələr üzrə olması nəzərə alınaraq, onlar yaxın günlərdə keçiriləcək təlim və digər məsləhət xidmətlərinə cəlb olunacaqlar. Qeyd edək ki, Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər sahibkarlıq fəaliyyəti üçün zəruri olan təlim-tədris və məsləhət xidmətləri üçün Sumqayıt KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər. Mərkəz tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.