Home » Sumqayıtda əmək yarmarkası keçirilib

Sumqayıtda əmək yarmarkası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt şəhərində işsiz və işaxtaranlar üçünəmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində 10-u dövlət, 30-u özəl olmaqla 40 müəssisə iştirak edib. İşsiz və işaxtaran vətəndaşlara həmin müəssisələr tərəfindən 719 boş (vakant) iş yeri təqdim edilib. Yarmarkaya gələn şəxslərə vakant iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslərin peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki, 2020-ci il üzrə əmək yarmarkalarına bu ilin yanvar ayından başlanıb və artıq 16 şəhər və rayonda bu aktiv məşğulluq tədbiri keçirilib. Yarmarkalarda 5000-dən çox işsiz vətəndaşa münasib iş yerlərinə göndərişlər verilib. Ümumilikdə bu il respublikanın 58 şəhər və rayonunda 100 əmək yarmarkasının keçirilməsi planlaşdırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.