Home » Süni intellektin təhlükəsizlik tələblərini müəyyən edən sənəd hazırlanır

Süni intellektin təhlükəsizlik tələblərini müəyyən edən sənəd hazırlanır

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı tələbləri müəyyən edəcək sənəd üzərində iş aparılır.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov “Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, qurum daxilində dövlət məlumatlarının mühafizəsini təmin etməklə yanaşı, dövlət orqanları üçün rahat və praktik mühitin yaradılması istiqamətində zəruri addımlar müzakirə olunur.

“Biz həmçinin süni intellektin təhlükəsizlik tələblərini müəyyən edəcək sənəd üzərində işləyirik. Süni intellekt sistemlərində hansı məlumatların istifadə edilməsindən və onların necə emal olunmasından asılı olaraq, həmin məlumatların ‘bulud mühiti’nə ötürülməsinin mümkün olub-olmadığı barədə qərar qəbul ediləcək. Məlumatların təsnifatına əsaslanaraq, hansı məlumatların ötürülməsinə icazə verildiyini, hansılar üçün isə dövlət qurumları daxilində öz modellərimizi öyrətməyin zəruri olduğunu müəyyən etmək mümkün olacaq”, – deyə o qeyd edib.

T. Məmmədov əlavə edib ki, bu məqsədlər üçün iki əsas mərkəz yaradılıb: onlardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digəri isə İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərir. Onun sözlərinə görə, maşın öyrənməsi və əlaqəli texnologiyalar yüksək hesablama gücü tələb etdiyindən, hər iki mərkəz yüksək məhsuldarlıqlı hesablama resursları ilə təchiz olunub.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.