Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı seçilib - BBN

Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı seçilib

Bu haqda qərar təşkilatın 4-5 oktyabrda İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında qəbul edilmiş Ərdəbil Bəyannaməsində yer alıb.

Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin təmsil olunduğu tədbir çərçivəsində üzvlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair müzakirələr keçirilib.

Tədbirdə turizm sektoru sahəsində qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan, Əfqanıstan və İranın daxil olduğu təşkilata ölkəmiz 1992-ci ildən üzvdür.

Related posts

OpenAI, Zoom və Zoho Azərbaycanda elektron vergi uçotuna alındı

Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı