Home » Şuşanın investisiya imkanları sahibkarlara təqdim edilib

Şuşanın investisiya imkanları sahibkarlara təqdim edilib

by anar
0 comments 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların Şuşaya səfərini təşkil edib, Şuşanın investisiya imkanları onlara təqdim edilib.

BBN.az KOBİA-ya istinadən xəbər verir ki, səfərdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.

Sahibkarların Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi ilə görüşündə idarənin icraçı direktoru Tural Novruzov Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, icrasına başlanılan və planlaşdırılan layihələr, dövlət və özəl sektorun bu sahədə rolu, sahibkarlar üçün investisiya imkanları, KOBİA-nın departament müdiri Elnur Əliyev isə bölgədə biznesə başlamaq istəyən iş adamları üçün müraciət prosedurları barədə məlumat verib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.