Home » SWIFT rəqəmsal aktivlər bazarına daxil olacaq

SWIFT rəqəmsal aktivlər bazarına daxil olacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bankçılıq sektorunda fəaliyyət göstərən ən böyük beynəlxalq banklararası mübadilə sistemi SWIFT daha bir innovativ yeniliyə imza ataraq bazardakı payını artırmağa cəhd göstərəcək. Belə ki, sözügedən qurum son dövrlərdə gündəmdən düşməyən tokenləşdirilmiş rəqəmsal aktivlər bazarına daxil olma perspektivlərinin öyrənilməsi üçün araşdırmalara başlayıb.

2022-ci ildə bazara daxil olmağı planlaşdıran SWIFT  bu yolda “Clearstream”, “Northern Trust”, “SETL” kimi beynəlxalq maliyyə institutları ilə tərəfdaşlıq yaradıb. İlkin olaraq, sınaq mərhələsində SWIFT platformasının müxtəlif tokenizasiya platformaları arasında “interconnector” rolunu nə dərəcədə səlist icra edə bilməsi araşdırılacaq.

Qeyd edək ki, rəqəmsal aktivlər və NFT hazırda sürətli inkişafda olan konsepsiyadır və 2027-ci ilədək sözügedən bazarın ümumi həcminin 24 trilyon dolları ötüb keçməsi proqnozlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.