Home » “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsi həyata keçirilib

“Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsi həyata keçirilib

by anar
0 comments 1 views 0 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsini həyata keçirib.

Layihədə Balakən, Zaqatala və Qax rayonlarından şəhid xanımları və övladlarından ibarət 30 nəfər iştirak edib. Onlar üçün Bakı şəhərində peşəyönümlü ekskursiyalar, maarifləndirici təlimlər, muzey turları, açıq havada gəzintilər təşkil olunub.

Üç gün davam edən layihə şəhid xanımları və övladlarının fərqli mühitdə və birlikdə səmərəli vaxt keçirməsini, travmatik təcrübə ilə əlaqədar alternativ psixoloji korreksiya üsullarının tətbiqini təmin etmək, uşaqların yaşıdları ilə ünsiyyət və sosiallaşma imkanlarını artırmaqla onların inkişafına dəstək məqsədi daşıyıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.