
Gələn ilin yanvarın 1-dən etibarən vergitutma qaydalarında dəyişiklik ediləcək. Yeni qaydaya əsasən, təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız həmin sahələrin təyinatına uyğun istifadə olunan əsas vəsaitlərin 75 faizi həcmində azaldılacaq.
BBN.az xəbər verir ki, bu dəyişiklik Vergi Məcəlləsinə təklif olunan düzəlişlərdə əksini tapıb və məsələ bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu sahələr üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri tam şəkildə — yəni əsas vəsaitlərin ümumi dəyəri qədər azaldılır. Yeni dəyişiklik isə bu güzəştin müəyyən qədər məhdudlaşdırılmasını nəzərdə tutur.





