Home » Tacikistan nümayəndə heyəti ilə görüş olub

Tacikistan nümayəndə heyəti ilə görüş olub

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Tacikistan  Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan və Tacikistan arasında əlaqələrin daim genişlənməkdə olduğunu, sosial sahədə də ikitərəfli əməkdaşlığın inkişafı üçün aparılan işlərin əhəmiyyətini qeyd edib.

Nümayəndə heyətinə Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, ölkəmizdə icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Habelə sosial sahədə innovativ həllərin, elektron texnologiyaların geniş tətbiqi istiqamətində görülən işlər, əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar, “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri diqqətə çatdırılıb.

K.Davlatzoda iki ölkə arasında sosial əməkdaşlığın da genişləndirilməsində maraqlı olduqlarını, sosial islahatlar prosesində təcrübə mübadilələrinin önəmini vurğulayıb.

Görüşdə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.