Home » Tahir Mirkişili: Azərbaycanda vergi siyasəti yumşaq və sosialyönümlüdür

Tahir Mirkişili: Azərbaycanda vergi siyasəti yumşaq və sosialyönümlüdür

by Zeyneb
0 comments 1 views 1 minutes read

Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsinə və digər qanunlara təklif edilən dəyişikliklər müzakirə edilib. Deputat Tahir Mirkişili bildirib ki, Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaqdır və dövlət iqtisadi siyasətinin sosialyönümlü olduğunu göstərir.

Onun sözlərinə görə, büdcə gəlirlərinin 44 faizi vergidən, 18 faizi isə gömrükdən formalaşır. Gürcüstanda və Türkiyədə bu göstəricilər daha yüksəkdir. Mirkişili qeyd edib ki, vergi dərəcələrinin artırılması yox, vergi bazasının genişləndirilməsi vacibdir.

Deputat əlavə edib ki, hazırda dövlət büdcəsində 20 faizdən çox – 7,3 milyard manat həcmində vergi azadolmaları mövcuddur. Güzəştlər əsasən məqsədli və müddətlidir, məsələn, sənaye parkları 10 il vergidən azaddır.

Mirkişili vurğulayıb ki, gəlir vergisinin azaldılması sosial sığorta ödənişlərinə təsir etməyib və bu, iqtisadi hədəflərə nail olunmasına imkan yaradıb. O, hökumətin vergi siyasətini effektiv və ölkənin sosial vəziyyətinə uyğun hesab edir və təklif olunan dəyişiklikləri dəstəkləyir.

Deputat, həmçinin məşğulluğun artması və yeni iş yerlərinin açılmasını Azərbaycanın gələcək uğurları kimi qiymətləndirib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.