10


AMB sədrinin 2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutdu.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) rəhbəri Taleh Kazımov şəxsi X səhifəsində paylaşım edib.
“Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələləri müzakirə etdik”, – deyə AMB rəhbəri qeyd etmişdir.