17
06 may 2024-cü il tarixində Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
Mərkəzi Bankda keçirilən görüşdə cari ilin ilk rübünün nəticələri və sektorun gündəmində olan mühüm məsələlər müzakirə olunub.
Görüş zamanı makroiqtisadi amillər, banklararası bazarda və ümumilikdə sektorda mövcud olan meyillər ətrafında da fikir mübadiləsi aparılıb.