Home » Taleh Kazımov: “Bank əmanətlərinin 73%-nin məbləği 30 min manata qədərdir”

Taleh Kazımov: “Bank əmanətlərinin 73%-nin məbləği 30 min manata qədərdir”

by ulviyya
0 rəy 12 baxış 1 dəqiqə oxuma

“Azərbaycanda banklara yerləşdirilən əmanətlərin 73%-nin məbləği 30 min manata qədərdir”.

BBN.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

“Bu sahədə fevral ayından bəri azalma müşahidə edirik”, – deyə o qeyd edib.

“Bizi narahat edən digər bir məqam isə 1 ilə qədər müddətə yerləşdirilmiş əmanətlərin ümumi əmanətlərdə payının 81% təşkil etməsidir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv şəkildə biznes kreditləri versinlər”, – deyə sədr əlavə edib.

“Narahat edici məqamlardan biri də valyuta təklifinin tələbi üstələdiyi vaxtda AMB-nin valyuta bazarına alış yönümlü müdaxiləsidir. Müdaxilə baş verirsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın artımının qarşısını almaq üçün AMB-nin sterelizasiya əməliyyatlarının genişlənməsi zəruri ola bilər. Bu isə xərclərimizin artımı deməkdir”, – deyə T.Kazımov vurğulayıb.

Report

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.