Home » Taleh Kazımov: “Dayanıqlı iqtisadiyyata keçidə qeyri-neft-qaz sektoruna investisiyalar təkan verəcək”

Taleh Kazımov: “Dayanıqlı iqtisadiyyata keçidə qeyri-neft-qaz sektoruna investisiyalar təkan verəcək”

by anar
0 comment 4 views 1 minutes read

“Azərbaycanın dayanıqlı iqtisadiyyata keçidinə qeyri-neft-qaz sektoruna yatırılan strateji investisiyalar təkan verəcək”.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” soial şəbəkəsindəki hesabında bildirib.

“Bu gün “TRIUM Module 7” konfransında iştirak etməkdən məmnunluq duydum. Panel müzakirəsi çərçivəsində çıxışımda ölkəmizin makroiqtisadi göstəricilərindən, maliyyə sektorunun inkişaf tendensiyaları və inkişaf perspektivlərindən bəhs etdim. Ölkəmizin əlverişli strateji mövqeyinin, zəngin təbii sərvətlərinin, infrastrukturun inkişafının və işçi qüvvəsinin potensial artıma töhfə verən əsas amillər sırasında olduğunu qeyd etdim. Ölkə gündəminin yüksək prioritetli mövzularından danışarkən dayanıqlı iqtisadiyyata keçidlə bağlı təşəbbüsləri vurğuladım. Bu çərçivədə qeyri-neft-qaz sektoruna yatırılan strateji investisiyaların ölkənin gələcək iqtisadi artımına əhəmiyyətli təkan verəcəyini bildirdim”, – deyə o qeyd edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.