Home » Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə növbəti dəfə görüşüb

Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə növbəti dəfə görüşüb

by bbnadm
0 rəy 3 baxış 0 dəqiqə oxuma

Mərkəzi Bankın sədri Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib. Görüş zamanı Mərkəzi Bank tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun iqtisadiyyatda rolunun artırılması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı əsasında Mərkəzi Bankın həyata keçirəcəyi fəaliyyətlərdə və layihələrdə iştirak perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Fərid İsayevin mentorudur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.