3
Mərkəzi Bankın sədri Taleh Kazımovun üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə növbəti görüşü keçirilib.
Görüş zamanı qalibin peşəkar sahədə hədəflərinin reallaşdırılması və mövcud potensialının inkişaf etdirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.
Həmçinin qalibin fərdi inkişaf planı üzrə bilik və bacarığının artırılması, eləcə də Mərkəzi Bankda həyata keçirilən təşəbbüslərdə iştirakı istiqamətində müzakirələr aparılıb.