5
Mərkəzi Bankın sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətinə işgüzar səfər çərçivəsində Qətər Maliyyə Bazarları Təşkilatının rəhbəri Tami Əhməd Əli Əl Boutami Əl Binəli ilə görüşmüşdür.
Görüş zamanı Qətərin qiymətli kağızlar bazarının inkişafı və xarici investorlar üçün yaradılmış imkanlar müzakirə edilmişdir. Həmçinin hər iki ölkənin nəzarət qurumları və qiymətli kağızlar bazarının iştirakçıları arasında əməkdaşlıq perspektivləri barədə əhatəli fikir mübadiləsi aparılmışdır.