Home » Tariflərin təxirə salınmasından sonra neftin qiyməti qalxır

Tariflərin təxirə salınmasından sonra neftin qiyməti qalxır

by yunus
0 comments 0 views 1 minutes read

Bazar ertəsi ABŞ Prezidenti Donald Tramp Çin mallarına əlavə rüsumların tətbiqini daha 90 gün müddətinə – 2025-ci il noyabrın 10-dək – təxirə salmaq barədə sərəncam imzalayıb. Qeyd edək ki, əvvəlki 90 günlük möhlət çərşənbə axşamı başa çatmalı idi.

BBN.az xəbər verir ki, London ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 66,96 dollar təşkil edərək əvvəlki sessiyanın bağlanışına nisbətən 0,33 dollar və ya 0,5% artıb. Bazar ertəsi isə bu müqavilələrin qiyməti 0,04 dollar (0,06%) bahalaşaraq 66,63 dollar olmuşdu.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində sentyabr ayı üzrə WTI markalı neft fyuçersləri 0,26 dollar (0,41%) artaraq 64,22 dollar/barel səviyyəsinə çatıb. Əvvəlki sessiyada isə qiymət 0,08 dollar (0,13%) yüksələrək 63,96 dollar/barel olmuşdu.

Hazırda bazar diqqətini ABŞ və Rusiya prezidentlərinin Alyaskada planlaşdırılan görüşünə yönəldib. Bu görüşün Ukrayna münaqişəsinin həlli prosesində başlanğıc nöqtəsi ola biləcəyi ehtimal edilir.

Lakin Donald Trampın son açıqlamaları gözləntiləri bir qədər zəiflədib. O, cümə günü Vladimir Putinlə görüşün konstruktiv keçəcəyinə ümid etdiyini bildirərək, bunun həm də Rusiya prezidentinin mövqeyini daha yaxından öyrənmək üçün bir fürsət olacağını qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.