Home » Tayvanın çip nəhəngi ABŞ zavoduna 40 milyard dollar investisiya edəcək

Tayvanın çip nəhəngi ABŞ zavoduna 40 milyard dollar investisiya edəcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kompüter çip nəhəngi TSMC ABŞ zavoduna investisiyanı 3 dəfədən çox (40 milyard dollar, yaxud 33 milyard funt sterlinq artıracaq. Bu isə Amerika tarixində ən böyük xarici investisiyalardan biri olacaq.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu bəyanat isə ABŞ prezidenti Joe Biden və Tayvan əsaslı firmanın rəhbərinin Arizonada zavod açmasından sonra gəlib. 

TSMC, müştəriləri sırasına Apple-ın da daxil olduğu digər şirkətlər üçün dünyanın ən böyük mikro çip istehsalçısı hesab edilir. Arizona zavodlarında iPhone prosessorları üçün 3 və 4 nanometr çip istehsal edəcək.

Tayvanın TSMC firmasının rəhbəri qeyd edib ki, 2024-cü ilə qədər ABŞ-da 2 belə zavod açılacaq. 

Bildirək ki, yarımkeçiricilər bəzən smartfon, avtomobil tərkibi və AI texnologiyaları üçün “beyin” hesab edilir. Hazırda isə çatışmazlıq olduğundan dolayı, bu sahəyə investisiyalar artırılır.   

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.