Home » Tayvanın iqtisadiyyatı ilə bağlı 6 fakt – Çin üçün əhəmiyyətinin səbəbi

Tayvanın iqtisadiyyatı ilə bağlı 6 fakt – Çin üçün əhəmiyyətinin səbəbi

by bbnadm
0 rəy 6 baxış 3 dəqiqə oxuma

Tayvan son 25 ildə ABŞ-ın ən yüksək rütbəli şəxsinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən sonra diqqət mərkəzindədir. Kiçik olmasına baxmayaraq özünü idarə edən ada Şərqi Asiyada nəzərəçarpacaq bir iqtisadi güc mərkəzidir. 

Aşağıda Tayvanın iqtisadiyyatı ilə bağlı 6 faktı nəzərinizə çatdırırıq

1. Tayvan sağlam ticarət profisiti ilə əsas ticarət ölkəsidir. 2022-ci ilin I yarısında Tayvanın ixracı 246.7 milyard dollar olub, idxalı isə 219 milyard dollardır. Ticarət profisiti isə 27.7 milyard dollar hesablanıb.

2. Maraqlıdır ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi kimi görür, ancaq ən böyük ticarət tərəfdaşıdır. Materik Çinə ixrac ümumi ixracın 40%-ni, Çindən idxal isə Tayvanın ümumi idxalının 1/5-ni təşkil edir. ASEAN, Yaponiya, ABŞ da Tayvanın əsas böyük ticarət tərəfdaşlarıdırlar. 

3. Elektron məhsullar Tayvanın ticarətinin yarıdan çoxunu təşkil edir, özünü idarə edən ada xüsusilə maşınlar üçün əsas komponent olan yarımkeçiriciləri (çipləri) ilə tanınır. Bundan əlavə, Tayvan funksional və texniki tekstlinin aparıcı istehsalçılarından biridir.    

4. Tayvanın iqtisadiyyatı xidmət sektoru tərəfindən dominatdır, ÜDM-nin 60%-ni təşkil edir. Hökumətin 2020-ci il hesablamalarına, əsasən sənaye sektoru ÜDM-nin 36%-dən çoxunu, kənd təsərrüfatı isə 2%-dən azını əhatə edir. 

5. Tayvan dünyanın ən böyük xarici valyuta ehtiyatlarına sahib olan ölkəsidir. 2022-ci il may məlumatına görə, altıncı ən böyük, 548 milyard dollar xarici valyuta ehtiyatına sahibdir. Bu ehtiyatlar dünyanın ən böyük iqtisadiyyatı olan ölkələrindən Almaniya, Böyük Britaniya, Fransadan da çoxdur. 

6. 1960-1990-cı illərdəki iqtisadi artımdan sonra ölkəyə “Asiya pələngləri” adı verilmişdi. Bu keçirilən torpaq islahatları, ABŞ yardımı və ixracyönümlü sənaye inkişafı sayəsində mümkün olub. Bəzi hesablamalara görə, Tayvanın iqtisadi inkişafı 1960 və 1994-cü illərdə orta hesabla 8.7% olub. 

Bildirək ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən sonra Çin və Tayvan arasında aqressiya çoxalıb və birinci tərəf ada ölkəsinin dəniz sərhədlərini gəmilər ilə mühasirəyə alaraq, hərbi təlimlər təşkil edib və suya raket hücumları ediblər. Nensi Pelosi isə Tayvana səfər etməklə Çinin hər-hansı hərbi hücumuna qarşı həmrək olduqarını bildirmək üçün idi. Həmçinin Tayvan qadın prezident, Tsai Ing-wen tərəfindən idarə edilir, Nensi Pelosi görüşü çərçivəsində bunu təqdirəlayiq hal adlandırmışdı. Bloomberg-in isə son məlumatına görə isə səfərdən sonra Çin bəzi ticari əməliyyatları Tayvan ilə məhdudlaşdırıb və Çin prezidenti Şi Cinping və Xarici işlər nümayəndələri isə daha öncə bəyan etmişdilər ki, ABŞ alov ilə oynayır. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.