0
Türkiyə Mərkəzi Bankı (TCMB) həftəlik statistika göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ötən həftə ərzində Türkiyə Mərkəzi Bankın qızıl ehtiyatları 1.49 milyard dollar həcmində artaraq, 41.229 milyard dollar olub. Müxtəlif valyutalarda saxlanılan ehtiyatların həcmi 2.334 milyard dollar geriləyərək, 72 milyard 782 milyon dollar olub.
Məlumat üçün qeyd edək ki, TCMB ümumi ehtiyatları 114.11 milyard dollar həcmində olub. Bu isə, ötən həftəyə nəzərən, 837 milyon dollar azalma deməkdir.