Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
TDT-nın toplantısında Türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması ilə bağlı təklif verilib - BBN

TDT-nın toplantısında Türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması ilə bağlı təklif verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifələrini icra edən Ayhan Satıcı Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə iştirak edib.

A.Satıcı görüş çərçivəsində İİTKM-in Türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması ilə bağlı təklifini İşçi qrupun üzvlərinin diqqətinə çatdırıb, layihənin videoqrafikini TDT-nin Katibliyinə təqdim edib. Təklif İşçi qrup və Katiblik tərəfindən müsbət qarşılanıb və növbəti ilə qədər layihənin reallaşdırılması tövsiyə olunub.

O, İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun görüşündə TDAM-ın fəaliyyəti və həyata keçirdiyi layihələr, o cümlədən 2022-ci ilin əvvəlindən etibarən 8 dildə rüblük çap olunan “Türk iqtisadi icmalı” barədə məlumat verib.

İşçi qrupun görüşündə həmçinin TDT-nin Ticarətin Asanlaşdırılması Komitəsinin 2023-2024-cü illər üçün Fəaliyyət Planının yekunlaşdırılması, TDT-ə üzv ölkələr arasında “Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi” layihəsinin qəbulu, “Türk Ticarət Evləri” layihəsinin həyata keçirilməsi, Turan Xüsusi İqtisadi Zonasının – TURANSEZ-in yaradılmasına dair konseptual sənədin təsdiqi və gələcək birgə fəaliyyətə dair digər məsələlər müzakirə edilib.

Görüşdə İİTKM-in TDT ilə birgə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabının da ilkin təqdimatı keçirilib.

Related posts

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı