Home » “Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verib

“Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verib

by bbnadm
0 rəy 12 baxış 1 dəqiqə oxuma

25 yanvar 2023-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi “Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verib. Tədris ili çərçivəsində Bakı şəhəri üzrə 2-ci qeydiyyat dalğası elan edilib.  Qeydiyyat ölkənin İKT sahəsində 10-dan çox aparıcı tədris mərkəzinin təqdim etdiyi 50-ə yaxın ixtisas üzrə aparılacaq. Proqram üzrə 2023-cü  ilin ilk rübündə 1000-dən çox, il ərzində ümumilikdə isə Azərbaycan üzrə 3000 nəfərə təqaüdün verilməsi planlaşdırılır.

Qeydiyyatdan keçən şəxslər müsabiqə mərhələlərindən keçərək təqaüdə cəlb olunacaq və göstəricilərindən asılı olaraq təqaüd qazanan şəxslərin təhsil haqqlarının  70, 90 və 100%- i  “Technest” tərəfindən təmin olunacaq. 

Qeyd edək ki,Bakı dalğasının 2-ci mərhələsində qeydiyyat yeni tərəfdaşların təklif etdiyi ixtisaslar üzrə aparılacaq.

Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://technest.idda.az/

Son qeydiyyat tarixi 10.02.2023-cü ildir.

Xatırladaq ki, ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində İRİA İKT sahəsində tədris prosesinin peşəkar və səmərəli təşkilini həyata keçirir.Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. Proqram çərçivəsində İKT üzrə ixtisalaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-ə yaxın ixtisasın tədrisi həyata keçirilir. 2022-ci il üzrə‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618, işəqəbul əmsalı 90% təşkil edir.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.