Telegram-ın təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durov, Telegram-ın məhkəmə orqanlarının qanuni tələblərinə uyğun olaraq xidmət şərtlərini pozan insanların IP ünvanlarını və telefon nömrələrini paylaşa biləcəyini açıqladı.
BBN.az xəbər verir ki, Durov Telegramda verdiyi açıqlamada “pis niyyətli insanların platformadan öz məqsədləri üçün istifadə etməsinə icazə verilməyəcək”-deyə bildirib.
Telegram-ın qurucusu və baş direktoru Durov avqustun 24-də Parisin Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. Bildirilib ki, Durov Telegram-da qeyri-qanuni məzmuna daxil olduğu üçün saxlanılıb.
Durova qarşı 12 fərqli ittiham irəli sürülmüşdü və O, 96 saatlıq həbsdən sonra avqustun 28-də məhkəmə tərəfindən 5 milyon avro girov və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmışdı. Məhkəmə, Durovu Fransa ərazisini tərk etməyi qadağan edib.