WhatsApp-dan sonra dünyanın ən populyar onlayn mesajlaşma platforması olan Telegram, istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün 11.3.0 kod adlı yeni yeniləmə təqdim edib. Yayımlanan yeniləmə ilə bəzi vacib çatışmazlıqları düzəldən bir sıra yeni xüsusiyyətlər də istifadəçilərə təqdim edildi.
BBN.az xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov rəsmi “Telegram” kanalında bildirib.
Belə ki, yaxın 2-4 həftə ərzində tam ekran rejimi, ev ekranının qısa yolları, abunə planları, icazələrlə geolokasiyaya giriş, cihazın oriyentasiyası məlumatları, emoji statusuna çıxış, media paylaşımı və hədiyyələrin göndərilməsi nəzərdə tutulur. Hazırda tərtibatçılar üçün genişləndirilmiş mesajlaşma limitləri, eləcə də reklamdan monetizasiya artıq əlçatandır.