

“Vodafone” yaxın 3 il ərzində 11.000 nəfər işçisi ilə yollarını ayıracaq. Yeni CEO açıqlamasında qeyd edib ki, məqsədi telekommunikasiya nəhəngini sadələşdirməkdir, eyni zamanda şirkətin maliyyə direktoru olan Margherita Della Valle qeyd edib ki, performans kifayət qədər yaxşı vəziyyətdə deyil. Azalma işçi qüvvəsinin 10-da birindən çoxuna bərabərdir, şirkətin baş qərargahının yerləşdiyi Böyük Britaniya daxil olmaqla, digər bazarlara da təsir edəcək.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, firma artıq Almaniya və İtaliyada ixtisar planlarını elan edib.
Qeyd edək ki, yanvarda CEO vəzifəsinə gətirilən xanım Valle qeyd edib ki, “Vodafone” lazımı nəticə vermək üçün dəyişməlidir. O, tam illik satışlarda kiçik bir artım və vergidən əvvəlki mənfəətin azaldığını bildirdikdən sonra iş yerlərinin ixtisar olunacağını elan edib.