Home » Tezliklə işğaldan azad olunan torpaqlarımızda teleradio yayımına başlanacaq

Tezliklə işğaldan azad olunan torpaqlarımızda teleradio yayımına başlanacaq

by bbnadm
0 comments 0 views 1 minutes read

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək. 

Qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar. 

Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamən dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür. 

Texniki hazırlıq işləri başa catdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq. 

Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları  Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi şəhərləri, Qubadlı, Xocalı, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.